• Bakı C

    2.53 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

BMT: Suriyanın bəzi bölgələrində vəziyyət hələ də təhlükəlidir

DÜNYA

13 Dekabr 2024 | 11:23

BMT: Suriyanın bəzi bölgələrində vəziyyət hələ də təhlükəlidir

"Suriyanın bəzi bölgələrində vəziyyət sabitləşsə də, ölkənin şimal-şərqində və şimalda Mənbic şəhərində vəziyyət təhlükəli olaraq qalır". 

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bu, BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (OCHA) bəyanatında yer alıb.

Bəyanata görə, 40 mindən çox suriyalı ölkənin şimal-şərqindəki 240 mərkəzə yerləşdirilib. Onlara yemək, şəxsi gigiyena vasitələri və psixoloji dəstək verilir. Gərginliyin başladığı gündən Hələb, İdlib, Homs və Həmada 700 minə yaxın suriyalı ərzaq yardımı alıb.

Suriyada noyabrın 27-də eskalasiya başlayandan bəri əksəriyyəti qadın və uşaqlardan ibarət 1,1 milyon suriyalı ölkə daxilində didərgin düşüb.

Gülşən Şərif


SON XƏBƏRLƏR