• Bakı 11° C

    10.22 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.1931

BMT Ukraynanın mülki əhalisi üçün ən ölümcül silahı açıqlayıb

DÜNYA

11 Aprel 2026 | 07:58

BMT Ukraynanın mülki əhalisi üçün ən ölümcül silahı açıqlayıb

Ukraynanın mülki əhalisi arasında 2026-cı ilin mart ayında zərərçəkənlərin sayı fevral ayı ilə müqayisədə 49% artıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə BMT-nin Ukraynadakı İnsan Hüquqları üzrə Monitorinq Missiyasının hesabatına istinadən UNIAN məlumat yayıb.

"Ötən ay ərzində Ukraynanın mülki əhalisi üçün ən ölümcül silah qısamənzilli dronlar olub", - hesabatda deyilir.

Qeyd olunub ki, mart ayı ərzində müşahidəçilər ən azı 211 nəfərin həlak olduğunu, daha 1 206 nəfərin isə yaralandığını qeydə alıblar.

Müşahidəçilərin sözlərinə görə, uzaqmənzilli silahların (raketlərin və pilotsuz uçuş aparatları) ümumi tələfatın 36%-nə səbəb olub (61 ölü və 448 yaralı):

"Rusiya ordusu qısamənzilli dronlarla 66 nəfəri öldürüb və daha 369 insan yaralanıb. Cəbhə xəttinə yaxın ərazilərdə pilotsuz uçuş aparatları dinc sakinlər üçün əsas təhlükə olaraq qalır.

Ümumilikdə, BMT-nin məlumatına görə, 2026-cı ilin birinci rübündə Ukraynada 556 nəfər həlak olub, 2 731 nəfər isə yaralanıb. Bu göstəricilər 2025-ci ilin analoji dövrünə aid məlumatları 20% üstələyir".


SON XƏBƏRLƏR

10 Aprel 2026