Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, idarəetmədən çıxan BMW markalı avtomobil əvvəlcə "Toyota"ya, "Kia"ya, sonra isə "Opel" markalı minik maşınına çırpılıb.
BMW daha sonra aşıb. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.
Hadisənin səbəbi araşdırılır.




