• Bakı 16° C

    1.95 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Bolqarıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub

SİYASƏT

08 May 2024 | 11:10

Bolqarıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Azərbaycana dövlət səfərinə gələn Bolqarıstan Prezidenti Rumen Radevin mayın 8-də rəsmi qarşılanma mərasimi olub.

Bakıvaxtı.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Bolqarıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radevi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Bolqarıstan Prezidentinə raport verib.

Prezident Rumen Radev Azərbaycan əsgərlərini salamlayıb.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Bolqarıstan Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilib.

Azərbaycan nümayəndə heyəti Bolqarıstan Prezidentinə, Bolqarıstan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Bolqarıstan Prezidenti Rumen Radevin qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.


SON XƏBƏRLƏR