• Bakı 22° C

    2.37 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Bolqarıstanda növbədənkənar parlament seçkiləri keçiriləcək

DÜNYA

28 Mart 2024 | 15:42

Bolqarıstanda növbədənkənar parlament seçkiləri keçiriləcək

Bolqarıstanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı TASS yayıb.

Bildirilib ki, ölkənin 49-cu Xalq Məclisinin yeni hökumət qurmaq üçün bütün imkanları tükənib. Bolqarıstan Prezidenti Rumen Radev “Belə xalq var” Partiyasının nümayəndələrinə yeni hökuməti formalaşdırmaq hüququ versə də, onlar üçüncü və sonuncu mandatı alaraq yerinə yetirmədən onu dərhal dövlət başçısına qaytarıblar.

Partiya nümayəndəsi İvaylo Valçev mandatı qaytararkən deyib ki, konstitusiyaya edilən lazımsız dəyişikliklərin Prezidenti də çətin vəziyyətə saldığını başa düşürlər.

Rumen Radev isə Baş nazir postuna potensial namizədlərlə görüşlərə başlayacağını bildirib. O, bu hadisələrlə əlaqədar beynəlxalq görüşləri təxirə saldığını qeyd edib.

Məlumata görə, GERB-Demokratik Qüvvələr Birliyi Partiyası ilə Demokratik Bolqarıstan koalisiyası doqquz ay əvvəl yaradılıb. Martın 5-də Baş nazir Nikolay Denkov parlamentə istefa ərizəsini təqdim edib. Bundan sonra deputatlar istefa verməyə başlayıb. Razılaşmalara əsasən, yeni hökumətə baş nazirin müavini və xarici işlər naziri Mariya Qabriel rəhbərlik etməli idi. Ancaq aparıcı siyasi birliklər arasında gələcək hökumətlə bağlı danışıqlar nəticəsiz qaldığından bu layihə reallaşmayıb.


SON XƏBƏRLƏR