• Bakı 27° C

    7.6 m/s

  • USD - 1.7

    EUR - 1.9452

    RUB - 2.2353

Borclar sərvətdən tutula bilər

CƏMİYYƏT

17 Aprel 2026 | 14:17

Borclar sərvətdən tutula bilər

İcra məmurlarının hüquqlarına dəyişiklik edilir.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı "Dövlət icra məmurları haqqında" qanuna dəyişiklik təklif olunub.

Qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilib.

Qeyd olunub ki, icra məmurlarının hüquqları sırasındakı tələbi borclunun hesabında olan pul vəsaitlərinə yönəltmək hissəsi dəqiqləşdirilir.

Yeni redaktəyə görə, icra məmurları tələbi borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı, elektron pul təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldə biləcəklər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Iyul 2026
11 Iyul 2026