• Bakı C

    4.69 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1629

Boşandığı arvadına səkkiz bıçaq zərbəsi vurdu - Məhkəmə həbsdən azad etdi

CƏMİYYƏT

09 Mart 2026 | 11:40

Boşandığı arvadına səkkiz bıçaq zərbəsi vurdu - Məhkəmə həbsdən azad etdi

Goranboy rayonunda keçmiş həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən Babakişi Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakıvaxtı.az Oxu.az-a istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə B.Abdullayev üç il azadlıqdan məhrum edilib. Məhkəmə onun cəzasını şərti hesab edib və B.Abdullayev məhkəmə zalından azad edilib.

İttihama görə, hadisə ötən ilin sentyabrında Goranboy şəhərində baş verib.

Zaqatala rayon sakini, 1996-cı il təvəllüdlü Fatimə Ömərova bıçaq xəsarətləri ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına (RMX) hospitalizasiya edilib.

Aparılan araşdırmalar zamanı məlum olub ki, o, keçmiş əri, Goranboy rayon sakini, 1987-ci il təvəllüdlü Babakişi Abdullayev tərəfindən bıçaqlanıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən B.Abdullayev saxlanılaraq istintaqa təhvil verilib.

İstintaq zamanı məlum olub ki, hadisə B.Abdullayevin evində baş verib. B.Abdullayev və Fatimə Ömərova 2016-cı ildə ailə həyatı qurublar və onların birgə nikahdan iki övladları dünyaya gəlib. Ailə bir müddət mehriban yaşasa da, sonradan cütlük arasında mübahisələr yaşanıb və onlar boşanmaq qərarı veriblər. Məhkəmə yolu ilə boşanan cütlük bir müddət ayrı yaşasalar da, B.Abdullayev qadına yenidən birgə yaşamaq təklif edib. Həmin təklif əsasında qadın Babakişi ilə görüşərək, problemi həll etmək qərarına gəlib. Bu məqsədlə o, keçmiş ərinin yaşadığı evə gəlib. Evdə söhbət zamanı onların arasında yenidən mübahisə yaranıb və B.Abdullayev mətbəx bıçağı ilə Fatiməyə səkkiz zərbə endirib.


SON XƏBƏRLƏR

08 Mart 2026