• Bakı 20° C

    2.57 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

BÖYÜK QAYIDIŞ: Daha 106 nəfər Füzuliyə döndü - YENİLƏNİB

CƏMİYYƏT

27 Noyabr 2023 | 16:58

BÖYÜK QAYIDIŞ: Daha 106 nəfər Füzuliyə döndü - YENİLƏNİB

Noyabrın 27-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.

 

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə - 106 nəfər köçürülüb. Bununla da Füzuli şəhərində 308 ailə, yəni 1106 nəfərin daimi məskunlaşması təmin edilib.

***

08:37

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

Bakıvaxtı.az xəbər verir ki, Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdən ibarət növbəti köç karvanı noyabrın 27-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə - 106 nəfər köçürülür.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda yola düşən Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

İndiyədək Füzuli şəhərində 308 ailənin, yəni 1106 nəfərin daimi məskunlaşması təmin edilib.


SON XƏBƏRLƏR

08 May 2025