• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

“Braqa”lı futbolçunun Bakıda vurduğu qol ayın ən yaxşısı seçildi

İDMAN

01 Mart 2024 | 19:36

“Braqa”lı futbolçunun Bakıda vurduğu qol ayın ən yaxşısı seçildi

Portuqaliyanın “Braqa” komandasının futbolçusu Alvaro Calonun Avropa Liqasının pley-off mərhələsinin cavab matçında Bakıda “Qarabağ”ın qapısına vurduğu qol ən yaxşı seçilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Braqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

İspaniyalı yarımmüdafiəçinin görüşün 83-cü dəqiqəsində Andrey Lunyovun qoruduğu qapıdan keçirdiyi top “Braqa”da fevral ayının komandanın ötən ay vurduğu qolları sırasında birinci yerə layiq görülüb.

Qeyd edək ki, Portuqaliyadakı ilk oyunda “Braqa”ya 4:2 hesabı ilə qalib gələn “Qarabağ” cavab matçında 2:3 hesablı məğlubiyyətə baxmayaraq, iki görüşün nəticəsinə (6:5) əsasən, tarixində ilk dəfə Avropa Liqasında 1/8 finala yüksəlib.


SON XƏBƏRLƏR

26 Iyul 2024