• Bakı 10° C

    7.4 m/s

  • USD - 1.7

    EUR - 1.9315

    RUB - 2.042

Braziliya millisinin yeni baş məşqçisi müəyyənləşdi

    İDMAN

    09 Aprel 2025 | 11:00

    Braziliya millisinin yeni baş məşqçisi müəyyənləşdi

    Futbol üzrə Braziliya millisinin yeni baş məşqçisi müəyyənləşib.

    Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, bu posta Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunu çalışdıran Jorje Jezus gətiriləcək.

    Portuqaliyalı mütəxəssis hazırda yığmanın sükanı arxasına ən real namizəd hesab olunur.

    70 yaşlı baş məşqçinin təyinatının dərhal reallaşmayacağı, onun mayın 3-nə planlaşdırılan Asiya Çempionlar Liqasının finalına qədər Səudiyyə klubunda qalacağı barədə iddialar var.

    Bundan əlavə, “Əl-Hilal” ölkə çempionluğu uğrunda mübarizəni davam etdirsə, J.Jezusun komanda ilə müqaviləsinin müddəti uzadıla bilər.

    Qeyd edək ki, Jorje Jezus 2019-2020-ci illərdə Braziliyada çalışıb. O, "Flamenqo" komandasına rəhbərlik edib.


    SON XƏBƏRLƏR