"BMT Təhlükəsizlik Şurasında islahatlara ehtiyac var".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Braziliya Prezidenti Luiz İnasio Lula da Silva Hindistanın Baş naziri Narendra Modi ilə danışıqlarından sonra bildirib.
O xatırladıb ki, 20 il əvvəl Braziliya, Hindistan, Yaponiya və Almaniya BMT Təhlükəsizlik Şurasının üzvlərinin sayının genişləndirilməsini tələb edən G4 qrupunu yaradıblar.
Braziliya Prezidenti bildirib ki, BMT-nin daha çox təmsilçiyə ehtiyacı var: "Bu gün bütün dünyada gördüyümüz münaqişələrə müdaxilə etmək üçün onun gücü olmalıdır".
Zeynəb Rzayeva
Bakı 




