• Bakı 26° C

    1.47 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Braziliyada tropik qasırğa qurbanlarının sayı artır

DÜNYA

08 Sentyabr 2023 | 14:11 | Müəllif: Qalib İbrahimoğlu

Braziliyada tropik qasırğa qurbanlarının sayı artır

Braziliyanın cənub bölgəsində davam edən tropik qasırğada həyatını itirənlərin sayı artır.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, qasırğa qurbanlarının sayı 40-a çatıb.

Braziliyanın vilayət qubernatoru Eduardo Leite ölənlərin sayının arta biləcəyini ehtimal edir. Qeyd olunub ki, tropik fırtınanın səbəb olduğu torpaq sürüşməsi və daşqınlarda ötən həftənin həftə sonundan bu yana 40 nəfər ölüb. Rio Qrande do Sul bölgəsində 900-dən çox xilasedicinin iştirakı ilə axtarış-xilasetmə işləri davam edir.

Rəsmilər Rio Qrande do Sul bölgəsində 67 qəsəbənin şiddətli tufan və daşqınlardan ziyan gördüyünü, 3000-dən çox insanın təxliyə edildiyini açıqlayıb.

Braziliya prezidenti Luiz İnasio Lula da Silva qasırğa nəticəsində həyatını itirənlərin ailələrinə başsağlığı verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026