Böyük Britaniya Kralı III Çarlz Şahzadə Endryunu titullarından, rütbələrindən və fəxri adlarından məhrum etmək üçün rəsmi prosedurlara başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Bukinqem Sarayının açıqlamasında deyilir.
Şahzadəyə Kral iqamətgahının icarə müqaviləsindən imtina edilməsi barədə rəsmi məlumat verilib və o, şəxsi yaşayış yerinə köçəcək.
Bundan əvvəl Endryu yetkinlik yaşına çatmayan uşağa qarşı cinsi istismar, Ceffri Epşteynlə əlaqələri və Çin rəsmiləri ilə əlaqələri ilə bağlı iddialar səbəbindən York Hersoqu titulundan imtina etmişdi.
 Bakı
 Bakı 


