• Bakı 11° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

Britaniya Qazaxıstana Azərbaycandan keçən neft ixracına kömək edəcək

İQTİSADİYYAT

19 Mart 2023 | 00:32

Britaniya Qazaxıstana Azərbaycandan keçən neft ixracına kömək edəcək

Britaniya Qazaxıstana Azərbaycandan keçən neft ixracına kömək edəcək

Böyük Britaniya Qazaxıstana Azərbaycandan keçən ixrac marşrutlarını inkişaf etdirməyə kömək edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Mərkəzi Asiya ölkəsinə səfəri zamanı bildirib.

Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev və bir sıra digər yüksək vəzifəli şəxslərlə görüşən Kleverli böyük hissəsi Rusiyadan keçən Qazaxıstan neftinin orta dəhliz kimi alternativ marşrutların inkişafına kömək etmək yollarını müzakirə etdiyini bildirib.

Bu marşrut Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçir və onun imkanlarını artırmaq üçün əhəmiyyətli investisiya tələb edir, baxmayaraq ki, Qazaxıstan artıq xam neft tədarükünün bir hissəsini ora yönəltməyə başlayıb.

Britaniyanın XİN başçısı Qazaxıstanda bir sıra mineralların tədarükünə dair memorandum imzalayıb. Kleverli deyib ki, London ənənəvi olaraq Moskva ilə sıx əlaqələri olan Astananın Ukrayna münaqişəsi ilə bağlı mövqeyini yüksək qiymətləndirir.

Kleverlinin sözlərinə görə, Britaniya Ukraynanın ərazi bütövlüyünü tanıyır və Rusiya-Ukrayna müharibəsinin BMT Nizamnaməsinə uyğun həllinə nail olmaq istəyini dəstəkləyən ardıcıl və prinsipial mövqeyi yüksək qiymətləndirir.


SON XƏBƏRLƏR

27 Mart 2024