• Bakı 10° C

    3.28 m/s

  • USD - 1.7

    EUR - 1.9874

    RUB - 2.1662

Britaniyada yeni hərbi kəşfiyyat xidməti yaradıldı

DÜNYA

12 Dekabr 2025 | 10:39

Britaniyada yeni hərbi kəşfiyyat xidməti yaradıldı

Britaniya hakimiyyəti "düşmən təhdidlərinin artması" ilə əlaqədar olaraq yeni hərbi kəşfiyyat xidmətinin yaradıldığını elan edib.

Bakıvaxtı.az xəbər verir ki, yeni qurumun adı Hərbi Kəşfiyyat Xidmətləridir (MIS).

Müdafiə Nazirliyinin açıqlamasına görə, yeni kəşfiyyat xidməti ilk dəfə olaraq müdafiə nazirliyinin bütün kəşfiyyat bölmələrini və təşkilatlarını (Hərbi Dəniz Qüvvələri, Quru Qoşunları və Hərbi Hava Qüvvələrinin bölmələri də daxil olmaqla) vahid bir quruluşda birləşdirir ki, bu da Silahlı Qüvvələr daxilində məlumat toplamağı, təhlil etməyi və mübadiləsini sürətləndirəcək.

Eyni zamanda, Müdafiə Nazirliyi üçün yeni Müdafiə Əks-Kəşfiyyat Bölməsinin (DCIU) yaradılması elan edilib. Bəyanatda bildirilir ki, son bir ildə Müdafiə Nazirliyinə qarşı düşmən kəşfiyyat fəaliyyəti 50%-dən çox artıb.


 


SON XƏBƏRLƏR

11 Dekabr 2025