• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Britaniyadan olan iki deputat İsrailə buraxılmayıb və deportasiya edilib

DÜNYA

06 Aprel 2025 | 09:33 | Müəllif: Subhan Mahmudov

Britaniyadan olan iki deputat İsrailə buraxılmayıb və deportasiya edilib

Böyük Britaniyanın Leyboristlər partiyasından olan iki deputat İsrailə buraxılmayıb və deportasiya edilib.

Bakıvaxtı.az bu barədə “Sky News”a istinadən xəbər verir.

İsrail Miqrasiya Nazirliyindən verilən açıqlamaya görə, Yuan Yanu və Abtisam Mohamed təhlükəsizlik qüvvələrinin fəaliyyətini sənədləşdirmək və anti-İsrail nifrətini yaymaq planında şübhəli bilinir.

Dindirmə zamanı deputatlar İsrailə rəsmi parlament nümayəndə heyətinin tərkibində səfər etdiklərini deyiblər. Nazirlik onların iddialarını “yalan” adlandırıb, lakin Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi deputatlara qarşı rəftarı pisləyib.

"İsraildə parlament nümayəndə heyətində olan iki britaniyalı deputatın saxlanılması və ölkəyə girişinə icazə verilməməsi qəbuledilməzdir, dərin narahatlıq doğurur. Mən İsrail hökumətindəki həmkarlarıma açıq şəkildə bildirdim ki, britaniyalı deputatlarla bu cür rəftar edilmir və biz bu axşam hər iki deputatla əlaqə saxladıq ki, onlara dəstəyimizi təklif edək", - Lammi qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026