• Bakı 12° C

    7.05 m/s

  • USD - 1.7

    EUR - 1.9621

    RUB - 2.0626

Britaniyalı nazir Naxçıvana hücumları pisləyib

SİYASƏT

19 Mart 2026 | 10:01

Britaniyalı nazir Naxçıvana hücumları pisləyib

Britaniya Parlamentinin İcmalar Palatasının üzvü, Parlamentdə Azərbaycan üzrə Qrupun sədri Bob Blakman Britaniya hökumətinə Azərbaycanla bağlı sual ünvanlayıb. 

Azərbaycanın Britaniyadakı səfirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, deputatın ünvanladığı yazılı sualda İran ərazisindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasına baş tutan dron hücumlarından sonra Britaniyanın strateji tərəfdaş olan Azərbaycanı, eləcə də Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləmək üçün hansı addımları atdığı soruşulub.

Suala cavab olaraq Britaniya XİN-də Avropa üzrə dövlət naziri Steven Douti 9 mart tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışdığını və Naxçıvan aeroportu və yaxınlıqdakı ərazilərə İranın qəbul edilməz dron hücumları fonunda ölkəsinin Azərbaycana tam həmrəylik ifadə etdiyini xatıladıb. Britaniyanın Azərbaycanın təhlükəsizliyini hədələyən və regional stabilliyə zərər verən bu cür hücumları pislədiyini əlavə edib. Britaniyalı dövlət naziri həmçinin, Azərbaycanın xarici işlər naziri ilə telefon danışığı zamanı ölkəsinin Azərbaycan və Ermənistanın regionda daimi sülh və stabillik naminə davam edən səylərini tam dəstəklədiyini də nəzərə çatdırdığını qeyd edib.


SON XƏBƏRLƏR

18 Mart 2026