Ermənistanın baş naziri Nikol Paşinyanın Belçikaya işgüzar səfəri zamanı Azərbaycan prezidenti İlham Əliyevlə görüşü nəzərdə tutulmayıb.
Bakıvaxtı.az "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan məlumat verib.
"Brüsseldə keçiriləcək "Qlobal Gateway" beynəlxalq konfransı Aİ-ni müxtəlif regionlarla, o cümlədən bizim region və Mərkəzi Asiya regionları ilə əlaqələndirmək üçün nəzərdə tutulmuş Avropa İttifaqının ən böyük logistika və enerji layihələrindən biridir. Baş nazir bu forumun açılış mərasimində çıxış etmək üçün dəvət olunub. Avropalı tərəfdaşlarla görüşlər də nəzərdə tutulub, digər ikitərəfli görüşlər də keçiriləcək", - deyə Kostanyan bildirib.
Gülşən Şərif