• Bakı 20° C

    2.02 m/s

  • USD - 1.7

    EUR - 1.8866

    RUB - 0.0189

Bu ay "Apple" azı 10 cihazı satışdan çıxaracaq

MULTİMEDİA

08 Sentyabr 2024 | 15:12

Bu ay Apple azı 10 cihazı satışdan çıxaracaq

iPhone 16-nın təqdimatından sonra "Apple" ən azı 10 cihazı satışdan çıxaracaq. Hər payız Amerika şirkəti bir sıra cihazların satışını dayandırır, əvəzində bazara yeni qurğular daxil olur.

Bakıvaxtı.az bildirir ki, şirkət əvvəlcə "iPhone 15 Pro" və "15 Pro Max"ı mağazalardan çıxaracaq, onları müvafiq olaraq "iPhone 16 Pro" və "16 Pro Max" ilə əvəz edəcək. iPhone 14 Plus da dayandırılacaq və sırada yalnız iPhone 14 qalacaq.

Bundan əlavə, "Apple" brendin hazırda şirkətin onlayn mağazasında mövcud olan ən köhnə telefonu olan iPhone 13-ün istehsalını həmişəlik dayandıracaq. Yeni "iPad mini"nin ilin ikinci yarısında bazara çıxması ilə altıncı nəsil planşet də istehsalını dayandıracaq.

Sonda mənbə bildirir ki, "Apple Watch 9", "Watch Ultra 2" və "Watch SE 2" modellərinin istehsalı dayandırılaraq digər smart cihazlarla əvəz olunacaq. AirPods 2 və AirPods 3 qulaqlıqları da köhnəlmiş hesab olunacaq və onlar AirPods 4 ilə əvəz olunacaq.

Bundan əvvəl məlum olmuşdu ki, "Apple" cəmi iki aydan sonra, bu ilin noyabrında M4 prosessorlu ilk MacBook və Mac kompüterlərini tədarük etməyə başlayacaq. /baku.ws


SON XƏBƏRLƏR

16 Sentyabr 2024