• Bakı 27° C

    3.49 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Bu çaylardan sel keçəcək

CƏMİYYƏT

16 Iyul 2024 | 14:08

Bu çaylardan sel keçəcək

Ölkədə qeyri-sabit hava şəraiti səbəbindən bəzi çaylardan sel keçəcəyi ehtimal edilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanda iyulun 18-20-də əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağına görə sözügedən tarixlərdə bəzi yerlərdə yağıntıların leysan xarakterli olacağı ehtimalı var.

Xüsusilə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Qazax-Gəncə, Daşkəsən-Gədəbəy, Şərqi Zəngəzur ərazisindən keçən çaylarda qısamüddətli sel və daşqının olacağı ilə bağlı xəbərdarlıq edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026