Vətəndaşların müraciətlərinə baxılması işinin səmərəli təşkili, operativ cavablandırılması, göstərilən xidmətlərin effektivliyinin artırılması məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Çağrı mərkəzi yaradılıb.
Dövlət Komitəsindən Bakıvaxtı.az-a bildirilib ki, yeni xidmət vasitəsilə vətəndaşlar Qurumun fəaliyyəti ilə bağlı müxtəlif suallara cavab ala, həmçinin şikayət və təkliflərini ünvanlaya bilərlər.
Vətəndaşlar müvafiq məsələlərlə bağlı şəhər və mobil telefonlardan birbaşa “8160” nömrəsinə zəng edərək əlaqə yarada bilərlər.
Qeyd edək ki, Çağrı Mərkəzi iş günləri ərzində saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir.
Bakı 




