• Bakı 32° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Bu əlamətlər varsa... - Professor bronxların xəstəliyindən danışdı

DÜNYA

05 Iyul 2024 | 10:55

Bu əlamətlər varsa... - Professor bronxların xəstəliyindən danışdı

Gecə boyu yığılan bəlğəmi oyandıqdan 5-10 dəqiqə sonra öskürərərək xaric edirsinizsə, sizdə də bronxoektaz ola bilər.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Səhiyyə Nazirliyinin Koronavirus Elmi Komitəsinin üzvü, Döş qəfəsi Xəstəlikləri Mütəxəssisi Prof. Dr. Tevfik Özlü bildirib.

O, iltihab və infeksiya səbəbiylə havanı ağciyərlərə daşıyan tənəffüs yollarının (bronxların) divarlarının daimi olaraq genişlənərək qalınlaşdığı xroniki ağciyər xəstəliyi olan bronxoektaz ilə bağlı xəbərdarlıq və tövsiyələr verib.

“Bronxoektaz” əlamətlərinin bir çox xəstəliklə qarışdırıldığına diqqət çəkən Özlü qeyd edib ki, “Bronxoektaz” əslində çox qəliz bir xəstəlikdir:

“Çünki bronşektazi xəstələrinə uzun illər diaqnoz qoyula bilmir. Bu xəstələr fərqli diaqnozlarla təqib edilir. Fərqli müalicələr alırlar və diaqnoz gecikir, çünki bu xəstəliyin simptomları digər xəstəliklərlə əlaqələndirilir. Bu da təbii ki, müalicəni gecikdirir, belə olduqda proses proqressivləşə bilər”, - deyə o qeyd edib.

Günel Abbas


SON XƏBƏRLƏR

07 Iyul 2024