• Bakı 23° C

    1.29 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.0938

Bu futbolçular Azərbaycan yığmasına dəvət olunmayacaqlar

İDMAN

23 May 2025 | 16:42

Bu futbolçular Azərbaycan yığmasına dəvət olunmayacaqlar

Öz komandasında davamlı şəkildə ehtiyatda oturan futbolçular Azərbaycan yığmasına dəvət olunmayacaqlar.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş mətbuat konfransında bildirib.

Portuqaliyalı mütəxəssis milliyə dəvət edilən futbolçuların formada olmasının vacibliyini söyləyib:

"Hər məşqçinin qərarına hörmətlə yanaşıram. Milliyə dəvət edilən futbolçular mütəmadi şəkildə oynamalıdırlar. Xaricdə çıxış edən oyunçularımız çox azdır. Mən də istərdim ki heyətdə daha çox azərbaycanlı oyunçular yer alsınlar".

Qeyd edək ki, portuqaliyalı mütəxəssisin rəhbərlik etdiyi milli iyunun 7-də səfərdə Latviya, bundan 3 gün sonra isə Bakıda Macarıstan yığması ilə üz-üzə gələcək.


SON XƏBƏRLƏR

12 Oktyabr 2025
11 Oktyabr 2025