• Bakı 17° C

    0.32 m/s

  • USD - 1.7

    EUR - 1.851

    RUB - 0.0175

Bu güləşçilər DÜNYA ÇEMPİONATINDA yarışacaq - SİYAHI

İDMAN

16 Oktyabr 2024 | 17:00

Bu güləşçilər DÜNYA ÇEMPİONATINDA yarışacaq - SİYAHI

Oktyabrın 21-dən 27-dək Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 dünya çempionatı keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, mundiala yunan-Roma güləşçilərimiz start verəcək.

Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Rəşad Məmmədov (55 kq), Nihad Quluzadə (60 kq), Ziya Babaşov (63 kq), Fərid Xəlilov (67 kq), Ruslan Nurullayev (72 kq), Xasay Həsənli (77 kq), Elmin Əliyev (82 kq), Cocu Səmədov (87 kq), Murad Əhmədiyev (97 kq) və Sərxan Məmmədov (130 kq) uğur qazanmağa çalışacaq.

Daha sonra böyük məşqçi Toğrul Əsgərov, məşqçilər Ağahüseyn Mustafayevlə Solmaz Adilovanın rəhbərliyi altında Elnurə Məmmədova (50 kq), Gültəkin Şirinova (55 kq), Jalə Əliyeva (57 kq), Gülər Həbibova (59 kq) və Ruzanna Məmmədova (62 kq) mübarizəyə qoşulacaq.

Çempionatın son günlərində sərbəst güləşçilərimiz xalça üzərinə çıxacaq. Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov və məşqçi Taymuraz Kokoyevin rəhbərliyi altında Vasif Bağırov (57 kq), Ruslan Abdullayev (61 kq), Rəşid Babazadə (65 kq), Maqomed-Başir Xaniyev (70 kq), Cəbrayıl Qadjiyev (74 kq), Ali Tsokayev (79 kq), Arseniy Djioyev (86 kq), Abdulcəlil Şabanov (92 kq), Aslan Abakarov (97 kq) və Aydın Əhmədov (125 kq) ölkəmizi təmsil edəcək.

Məsul yarışda I dərəcəli beynəlxalq hakimlər Natiq Hacıyev və Bəşir İsazadə ədaləti qoruyacaq.


SON XƏBƏRLƏR