• Bakı 16° C

    1.82 m/s

  • USD - 1.7

    EUR - 1.8497

    RUB - 0.0187

"Bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar" - İlham Əliyev

SİYASƏT

10 May 2024 | 18:22

Bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar - İlham Əliyev

Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərmişdir ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və bizim xalqımıza hörmət edirlər.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşaya qayıdan ilk sakinlərə mənzillərinin açarlarının təqdim edilməsi mərasimində çıxışı zamanı deyib.

“Çünki biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik”, - deyən dövlətimizin başçısı xatırladıb ki, bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşmişdi.


SON XƏBƏRLƏR