• Bakı 21° C

    5.88 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

İlin ilk Günəş tutulması başa çatdı  - YENİLƏNİB

CƏMİYYƏT

09 Aprel 2024 | 01:10 | Müəllif: Qalib İbrahimoğlu

İlin ilk Günəş tutulması başa çatdı - YENİLƏNİB

Bu ilin ilk Günəş tutulması başa çatıb.

Tutulma hadisəsi 5 saat 10 dəqiqə 7 saniyə, tam tutulma prosesi isə 3 saat 16 dəqiqə 45 saniyə davam edib.

Bakıvaxtı.az xəbər verir ki, təbiət hadisəsi Sakit və Atlantik Okeanı, Qərbi Avropa, Şimalı və Cənubi Amerika, Arktikanı əhatə edib.


19:58

Aprelin 8-də 2024-cü ilin ilk Günəş tutulması başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu hadisə tam Günəş tutulmasıdır. Tutulma hadisəsi aprelin 8-də Bakı vaxtı ilə saat 19:42-də başlayıb və aprelin 9-u saat 00:52-də sona çatacaq. Tutulma hadisəsi 5 saat 10 dəqiqə 7 saniyə davam edəcək. Tam tutulma prosesi 3 saat 16 dəqiqə 45 saniyə davam edəcək.

Tam tutulmanı Meksikadan, ABŞ və Kanadadan izləmək olacaq. Qismən tutulma isə Şimali Amerikanın, demək olar ki, hər yerindən, Atlantik və Sakit okeandan görünəcək.

Azərbaycan ərazisində Günəş üfüqdən aşağıda olduğu üçün bu hadisə müşahidə edilməyəcək.

 

08:17

Bu gün 2024-cü ilin olk Günəş tutulması baş verəcək.

Bu barədə Bakıvaxtı.az-a Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından bildirilib.

Verilən məlumata bu tutulma tam Günəş tutulması olacaq. Tutulma hadisəsi Bakı vaxtı ilə saat 19:42:07-də başlayacaq və 9 aprel saat 00:52:14-də sona çatacaq.

Tutulma hadisəsi 5 saat 10 dəqiqə 7 saniyə davam edəcək. Tam tutulma prosesi 3 saat 16 dəqiqə 45 saniyə davam edəcək.

Tam tutulmanı Meksikadan, ABŞ və Kanadadan izləmək olacaq. Qismən tutulma isə Şimali Amerikanın demək olar ki, hər yerində, Atlantik və Sakit okeandan görünəcək.

Azərbaycan ərazisində Günəş üfüqdən aşağıda olduğuna görə müşahidə olunmayacaq.

2024-cü ilin 2-ci Günəş tutulması isə oktyabrın 2-də baş verəcək. Tutulma halqavari Günəş tutulmasıdır. Ay Yerdən uzaq məsafədə olduqda bucaq ölçüsü Günəşin bucaq ölçüsündən kiçik olduğuna görə tutulma zamanı Günəşin səthini tam bağlamır və Ayın ətrafında parlaq halqa yaranır.

Tutulma hadisəsi oktyabrın 2-də Bakı vaxtı ilə saat 19:42:47-də başlayacaq və 3 oktyabr saat 01:46:47-də sona çatacaq. Tutulmanın maksimumu 2 oktyabr saat 22:44:51-də olacaq. Tutulma hadisəsi 6 saat 4 dəqiqə davam edəcək.

Tam tutulma oktyabrın 2-si saat 20:50:24-də başlayıb, oktyabrın 3-ü saat 00:39:04-də başa çatacaq.

Tam tutulma prosesi 3 saat 48 dəqiqə 40 saniyə davam edəcək. 

Nərgiz Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR