Bildiyimiz kimi, bu gün paytaxtın bir çox küçə və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilib. Hər gün yaranan sıxlıqdan fərqli olaraq bu gün daha çox ləngimə yaranıb.
Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi Vaqif Əsədov Bakıvaxtı.az saytının sorğusuna cavab olaraq bildirib ki, burda faciə olunası heç bir şey yoxdur:
“Şəhərin mərkəzində iki dəfə günün ən pik saatlarında; səhər saat səkkizə beş dəqiqə qalmışdan doqquza iyirmi dəqiqə işləmişədək və axşam saat yeddiyə beş dəqiqə işləmişdən yeddinin yarısınadək nəqliyyatın sıxlığı müşahidə olunur. Bu da Bakı şəhərində iş saatının başlanması və bitməsi ilə əlaqədardır. Bakı bu gün meqapolis kimi tanınan şəhərdir. Ölkəmizdə hazırda bir milyon dörd yüz mindən artıq nəqliyyat vasitəsi var və onun yetmiş iki faizi Bakı şəhərində istismar edilir. Yəni şəhərdə yaranan sıxlığı faciə olmuş kimi, sıxlıq yaranıb həyat dayanıb kimi ictimaiyyətə çatdırmaq olmaz”.
Nuranə Daxilqızı
















