• Bakı 11° C

    4.95 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Bu il Avropadan Azərbaycana gələnlərin sayı ARTIB

CƏMİYYƏT

30 Mart 2023 | 13:01

Bu il Avropadan Azərbaycana gələnlərin sayı ARTIB

Bu ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 148 ölkəsindən 232,5 min və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,5 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Bu barədə Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Gələnlərin 32,4 %-i Rusiya Federasiyası, 21 %-i Türkiyə, 9,2 %-i İran, 5,7 %-i Gürcüstan, 3,8 %-i Hindistan, hər birindən 3,1 % olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Pakistan, 1,9 %-i Küveyt, 1,8 %-i Səudiyyə Ərəbistanı, 1,7 %-i Qazaxıstan, hər birindən 1,5 % olmaqla Ukrayna və Belarus, 1,4 %-i Özbəkistan, 1,3 %-i Türkmənistan, 10,6 %-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 77,5 %-ni kişilər, 22,5 %-i qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Pakistandan gələnlərin sayı 7,2 dəfə, Hindistandan - 6,7 dəfə, Özbəkistandan - 5,8 dəfə, Türkmənistandan - 5,1 dəfə, Belarusdan - 4,3 dəfə, Çindən - 3,6 dəfə, Qazaxıstandan - 2,4 dəfə, İsraildən - 1,9 dəfə, Omandan - 1,8 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 1,8 dəfə, ABŞ-dan - 1,7 dəfə, Küveytdən - 1,6 dəfə, Gürcüstandan - 1,5 dəfə, Rusiyadan - 1,5 dəfə, Böyük Britaniyadan - 1,5 dəfə, Türkiyədən - 33,4 %, Ukraynadan - 8,8 %, İrandan - 7,8 % artıb.

2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,6 dəfə artaraq 93,4 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,4 dəfə artaraq 9,5 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 19,8 % artaraq 40,6 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 35,1 %-i dəmir yolu və avtomobil, 63,4 %-i hava, 1,5 %-i isə dəniz nəqliyyatından istifadə edib.


SON XƏBƏRLƏR