• Bakı 31° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.1757

Bu il içki və tütün məmulatlarına nə qədər xərclənib?

CƏMİYYƏT

25 Iyul 2024 | 10:45

Bu il içki və tütün məmulatlarına nə qədər xərclənib?

Bu ilin ilk yarısında içkilər və tütün məmulatlarının alınmasına 1 milyard 259 milyon manat xərclənib.

Bakıvaxtı.az xəbər verir ki, bunu iqtisadçı millət vəkili Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bu o deməkdir ki, vətəndaşlarımızın xərclədiyi hər 100 mantdan 5 manatı içkilər və tütün məmulatlarının alınmasına yönəldilir.

Deputat qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda spirtli içki istehlakının növbəti illərdə artacağını proqnozlaşdırır.

V.Bayramova görə, adambaşına istehlak indi 2.0 litr olduğu halda bunun gələn il 2.5, 2030-cü ildə isə 3.9 litr olacağı gözlənilir və istehlak artdıqca isə xərc də çoxalır.

"Deməli, spirtli içkilər və tütün məhsullarının istehlakını azaltmaqla həm qənaət etmək, həm də daha sağlam olmaq mümkündür. Ona görə də, alkoqol və tütün məhsullarını istehlak etməkdənsə ixrac etmək daha faydalıdır", - deyə Vüqar Bayramov qeyd edib..

Mina Mikayılova


SON XƏBƏRLƏR