“Cari ildə işlə təmin edilmədə gözlənilən rəqəm 40 mindən çoxdur”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli 2022-ci ilin yekunlarına dair mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, peşə hazırlığı prosesinə 4 mindən artıq şəxs cəlb olunub:
“Ümumilikdə peşə hazırlığı üzrə kursu bitirmə faizi 70 faizdən çoxdur. Onu da bildirim ki, texonoloji, mühəndislik və informasiya texnologiyaları sahəsində yeni peşələr tədris olunur. Yaxın gələcəkdə turizm, xidmət və kənd təsərrüfatı üzrə peşə sahələrinə bazarda tələbat daha da artacaq”.
Ramid İbrahimov
















