• Bakı 22° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Bu il qeyri-çimərlik ərazilərdə 64 nəfər boğulub

CƏMİYYƏT

29 Sentyabr 2026 | 11:15 | Müəllif: Subhan Mahmudov

Bu il qeyri-çimərlik ərazilərdə 64 nəfər boğulub

Bu il sentyabrın 15-dək qeyri-çimərlik ərazilərində FHN-in xilasetmə qurumları tərəfindən ümumilikdə 64 nəfərin cəsədi suda tapılaraq çıxarılıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili çimərlik mövsümünün başa çatması ilə bağlı keçirilən birifinqdə deyib.

    Onun sözlərinə görə, qeyd edilən rəqəm ötən ilin analoji dövründə 85 olub ki, bu da təxminən 25 faiz azalma deməkdir.

    Qeyd olunub ki, çimərlik mövsümü ərzində FHN-in nəzarət etdiyi ərazilərdə ölüm faktı qeydə alınmayıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    28 Sentyabr 2026