• Bakı 27° C

    15.23 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

DSMF-nin xərcləri 1 milyard 701 milyon manat təşkil edib

Gündəm

13 Aprel 2024 | 11:37

DSMF-nin xərcləri 1 milyard 701 milyon manat təşkil edib

Yanvar-mart aylarında Dövlət Sosial Müdafiə Fondunun xərcləri 14 faiz və ya 207 mln. manat artaraq 1 mlrd. 701 mln. manat təşkil edib.

Bu barədə Bakıvaxtı.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.

Qeyd edilib ki, fondun gəlirləri bu ilin üç ayında proqnozla müqayisədə 7 faiz və ya 108 mln. manat çox olmaqla 1 mlrd. 673 mln. manat təşkil edib.

Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 9 faiz və ya 104 mln. manat artaraq 1 mlrd. 318 mln. manat olub.

Cari ilin ilk rübündə DSMF-nin xərcləri 1 mlrd. 701 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz və ya 207 mln. manat çoxdur.


SON XƏBƏRLƏR

26 Iyul 2024