• Bakı 18° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.9746

    RUB - 2.3867

Bu ixtisasları seçənlər coğrafiya fənnindən imtahan verəcək - AÇIQLAMA

CƏMİYYƏT

29 Oktyabr 2021 | 14:58

Bu ixtisasları seçənlər coğrafiya fənnindən imtahan verəcək - AÇIQLAMA

Son günlərin ən aktual mövzularından biri də 3-cü qrupa coğrafiya fənninin əlavə edilməsidir. Belə ki, qərar abituriyentlər arasında böyük narazılığa səbəb olub.

Bəs abituriyentlər narazılıq etməkdə haqlıdır?

Təhsil eksperti Kamran Əsədov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, qəbul sistemində hər hansı bir islahat və dəyişiklərin həyata keçirilməsi tədris ili başladıqdan sonra həyata keçirilməməlidir:

"Çünki artıq oktyabr ayı başa çatır abituriyent və şagirdlərimiz növbəti il üçün hazırlıqlara başlayıblar. Etiraf edək ki, bu gün ali məktəbə qəbul imtahanlarının nəticələri orta məktəbin nəticələri deyil. Uşaqlar yaxşı nəticə göstərmək üçün mütləq şəkildə hazırlıq kurslərına gedirlər. Onlar bütün planlarını bu istiqamətdə görürlər. Təbii ki, 3-cü ixtisas qrupunda dəyişikliyin ediləcəyi gözlənirdi. Çünki 2020-ci ildə  Nazirlər Kabinetinin Beynəlxalq Münasibətlər və Regionşünaslıq ixtisaslarının 3-cü qrupa keçirilməsi ilə bağlı qərarı var idi. Burda coğrafiya fənninin əlavə edilməsi müzakirə predmeti idi, qərar yox idi.

Bir məsələni də qeyd edib ki, bu dəyişiklik üçüncü ixtisas qrupuna coğrafiyanın əlavə edilməsi yox, eyni zamanda, əlavə olaraq coğrafiya fənnindən imtahan vermə imkanı veriləcək. O da ancaq Beynəlxalq Münasibətlər və Regionşünaslıq ixtisasını seçən abituriyentlər üçündür. Yenə əvvəlki qaydada 3-cü ixtisas qrupuna daxil olan digər ixtisasları seçmək üçün Azərbaycan dili, tarix və ədəbiyyatdan imtahan verəcəklər. Kimsə həm də Beynəlxalq Münasibətlər və Regionşünaslıq ixtisasına qəbul olmaq istəyirsə, əlavə coğrafiyadan imtahan verəcək. İxtisas seçimində isə hər iki alt qrupdan ixtisas seçə bilərlər.

Məsələnin digər tərəfinə gəldikdə isə bu dəyişiklik 3-cü qrup üçün müsbətdir, çünki qrupa əlavə ixtisasların daxil olması plan yerinin sayını artıracaq. Hər il 3-cü ixtisas qrupunda böyük sayda abituriyent ali məktəbə qəbul ola bilmirdi, hətta yüksək balla kəsilənlər də olurdu. Amma mövcud dəyişiklik abituriyentlərin şansını artıracaq. Bu, müsbət tərəfdir, bu heç də gələcəkdə ixtisaslar üzrə fənlərin artırılmasına gətirib çıxarmayacaq".

Aytac Aslan


SON XƏBƏRLƏR

23 May 2026