Peru İranla diplomatik əlaqələri kəsmək qərarına gəlib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi açıqlama yayıb.
"Peru hökuməti İran İslam Respublikası ilə diplomatik münasibətləri kəsmək qərarına gəlib", - açıqlamada qeyd olunub.
Nazirlik bildirib ki, bu addım xüsusilə Yaxın Şərqdəki vəziyyət və İranın Hörmüz boğazındakı hərəkətləri ilə bağlıdır. Xarici İşlər Nazirliyi əlavə edib ki, ölkənin İranla diplomatik münasibətləri kəsmək qərarı konsulluq əlaqələrinin kəsilməsini nəzərdə tutmur.




