• Bakı 22° C

    14.79 m/s

  • USD - 1.7

    EUR - 1.9888

    RUB - 2.0028

Bu ölkə İsrailə görə Avroviziyadan imtina edəcək

ŞOU

11 Sentyabr 2025 | 20:48

Bu ölkə İsrailə görə Avroviziyadan imtina edəcək

İsrailin iştirakına icazə verilərsə, İrlandiya 2026-cı ildə keçiriləcək Avroviziya Mahnı Müsabiqəsində iştirak etməyəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə RTE telekanalı məlumat yayıb.

“RTE-nin mövqeyi ondan ibarətdir ki, İsrail iştirak edəcəyi təqdirdə İrlandiya “Avroviziya 2026” Mahnı Müsabiqəsində iştirak etməyəcək və İrlandiyanın iştirakı ilə bağlı yekun qərar Avropa Yayım Birliyinin qərarından sonra veriləcək”, - deyə telekanalın bəyanatında bildirilir.

RTE-nin baş direktoru Kevin Bakhert qeyd edib ki, Qəzzada davam edən dəhşətli insan ölümləri fonunda İsrailin bu yarışmada iştirakı qəbuledilməzdir.


SON XƏBƏRLƏR