• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bu ölkə TikTok və teleqamdan istifadəni qadağan edə bilər

MULTİMEDİA

20 Dekabr 2024 | 21:52 | Müəllif: Subhan Mahmudov

Bu ölkə TikTok və teleqamdan istifadəni qadağan edə bilər

Moldova hakimiyyəti TikTok və teleqamdan istifadəni qadağan edə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda Moldova parlamentinin spikeri İqor Qrosu “TV8” telekanalında bildirib.

 O, Avropa İttifaqında belə platformaların fəaliyyətinin tənzimlənməsinin zəruriliyi ilə bağlı müzakirələrin getdiyinə də diqqət çəkib.

“Əgər real təhlükə, xaricdən və ya daxildən ölkənin təhlükəsizliyinə xələl gətirmək istəyən müəlliflərin bu platformalardan istifadə etməsini görürüksə, bu platformalar əsaslı müraciətlərimizə cavab verməsə, o zaman buna müraciət edə bilərik. Əgər görsək ki, onlar bizim sorğularımıza cavab vermir və seçkinin nəticələrinə təhlükə yaranır, o zaman dövlət müdaxilə etməyə borcludur”, - deyə Qrosu bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026