Son günlər Fransa hökuməti Yaxın Şərqdəki müharibədən sonra neft qiymətlərinin artması ilə bağlı ictimaiyyəti sakitləşdirməyə çalışaraq, bu dinamikanın Fransanın alıcılıq qabiliyyətinə yalnız cüzi təsir göstərəcəyinə söz verib.
Bakıvaxtı.az-ın məlumatına görə, iqtisadiyyat naziri Roland Lescür “Le Parisien” qəzetinə verdiyi müsahibədə etiraf edib ki, İrana ilk hücumlardan bəri yanacaq növündən asılı olaraq yanacaqdoldurma məntəqələrinin qiymətləri 5-20 sentə qədər artıb.
Belə ki, SP95 üçün 5-15 sentə, dizel üçün isə 15-20 sentə qədər bahalşama var. Bu qiymətlər narahatedici qəbul olunur. Rəsmi rəqəmlərə görə, qiymətlər hökumətin proqnozlarından daha yüksəkdir. Ötən həftə Fransada bir litr dizel yanacağının orta qiyməti yeddi gün ərzində 25,16 sent artımla 1,9525 avro təşkil edib. Qiymətlər son dəfə 2022-ci ilin fevral ayında Rusiyanın Ukraynaya müdaxiləsi zamanı sürətlə artmışdı. O vaxt dizel yanacağının qiymətləri iki həftə ərzində 14,16 sent, daha sonra isə 25,76 sent çoxalmışdı.
Aydın Baxış
Bakı 




