Sinqapurda doğum səviyyəsi hər qadına 0,87 uşaqla rekord dərəcədə aşağı düşüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.
Məlumata görə, Sinqapur hökuməti bunu nəzərə alaraq, ailələrə hər uşaq üçün təxminən 70 min Sinqapur dolları (55 min ABŞ dolları) məbləğində dəstək təklif edib. Bununla yanaşı, valideynlik məzuniyyətinin müddəti artırılıb və mənzil dəstəyi genişləndirilib.
Ölkənin Baş naziri Lourens Vonq etiraf edib ki, təkcə maliyyə təşviqləri doğum səviyyəsindəki azalmanı geri çevirmək üçün kifayət etməyəcək. Bu səbəbdən Sinqapur əhali və işçi qüvvəsinin azalmasını yavaşlatmaq üçün daha güclü ailə dəstəyi ilə yanaşı, immiqrasiyanı da davam etdirməyi planlaşdırır.
Ekspertlərin fikrincə, ölkə əhalisinin 21%-dən çoxunun 65 və daha yuxarı yaşda olması Sinqapuru “super qocalmış” cəmiyyətə çevirə bilər./Axar.az




