• Bakı 18° C

    3.58 m/s

  • USD - 1.7

    EUR - 1.6703

    RUB - 0.0285

Bu ölkələrdə COVID-19-a yoluxma və ölüm halları artır

DÜNYA

12 Avqust 2022 | 20:00

Bu ölkələrdə COVID-19-a yoluxma və ölüm halları artır

Qərbi Balkan regionu ölkələrindən Serbiya, Monteneqro və Bosniya və Herseqovinada COVID-19 infeksiyasına yoluxma və ölüm halları artmağa başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Serbiyanın Səhiyyə Nazirliyinin məlumatına əsasən, son 24 saat ərzində virusa 7061 yeni yoluxma faktı qeydə alınıb, 14 nəfər ölüb.

Turizm mövsümünün təsiri ilə COVID-19-a yoluxanların sayında artım müşahidə edilən Monteneqroda isə ötən sutka koronavirusa yoluxma sayı 789 olub. Son 24 saatda Bosniya və Herseqovinada 6 nəfər koronavirusun qurbanı olub, 555 yeni yoluxma faktı qeydə alınıb.

Bu vaxtadək Serbiyada 16 min 394, Monteneqroda 2756, Bosniya və Herseqovinada isə 15 min 933 koronavirusun qurbanı olub.

Serbiyada COVID-19 əleyhinə peyvəndin bütün dozalarını qəbul edənlərin əhali sayına nisbəti 47,5 faiz, Monteneqroda 45 faiz və Bosniya və Herseqovinada 25,8 faizdir.


SON XƏBƏRLƏR

24 Sentyabr 2022