• Bakı C

    9.16 m/s

  • USD - 1.7

    EUR - 1.9734

    RUB - 2.1836

Bu ölkələrin müdafiə rəhbərləri Kərim Vəliyevə zəng etdilər

SİYASƏT

06 Mart 2026 | 00:03

Bu ölkələrin müdafiə rəhbərləri Kərim Vəliyevə zəng etdilər

Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin və Macarıstan Müdafiə Qüvvələrinin Baş Qərargah rəisləri ordu generalı Selçuk Bayraktaroğlu və general Qabor Böröndi arasında telefon danışıqları olub.

Bakıvaxtı.az xəbər verir ki, Danışıqlar Türkiyə və Macarıstanlı həmkarların təşəbbüsü ilə baş tutub.

Tərəflər ölkələrimiz arasında hərbi əməkdaşlıq, habelə regiondakı vəziyyət və təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparıblar.

İran İslam Respublikasının silahlı qüvvələrinin pilotsuz uçuş aparatları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının ərazisindəki mülki infrastruktura edilən hücumlara toxunan baş qərargah rəisləri, bunun beynəlxalq hüquq normalarına zidd olduğunu xüsusilə qeyd ediblər.

Həmçinin, Səudiyyə Ərəbistanı Krallığının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Faiyad bin Hamed Al Rovaili Azərbaycandakı hərbi attaşesi vasitəsilə ölkəsinin bu tip hücumlara qarşı olduğunu diqqətə çatdıraraq hər zaman zəruri dəstək verməyə hazır olduğunu bildirib.

General-polkovnik Kərim Vəliyev tutduqları mövqeyə və göstərdikləri dəstəyə görə həmkarlarına minnətdarlığını ifadə edib.


SON XƏBƏRLƏR

05 Mart 2026