• Bakı 22° C

    4.24 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Bu ölkələrin səfirləri Rusiya XİN-ə çağırıldı

DÜNYA

19 Aprel 2023 | 00:44 | Müəllif: Subhan Mahmudov

Bu ölkələrin səfirləri Rusiya XİN-ə çağırıldı

ABŞ, Kanada və Britaniyanın Moskvadakı səfirləri Lin Treysi, Elison Le Kler və Debora Bronnert Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bakıvaxtı.az xəbər verir ki, qurumdan hər üç diplomata son açıqlamaları ilə bağlı etiraz bildirilib.

Vurğulanıb ki, səfirlərin Rusiya vətəndaşı Vladimir Vladimiroviç Kara-Murzanın işi ilə əlaqədar verdikləri bəyanat qəbulolunmazdır. Diplomatlara “Rusiyanın daxili işlərinə kobud müdaxilə və diplomatik statusa uyğun gəlməyən fəaliyyətlə əlaqədar” xəbərdarlıq edilib.

Qeyd edək ki, bundan öncə Moskva şəhər məhkəməsi Rusiyada xarici agent statusu almış telejurnalist və publisist Vladimir Kara-Murzanı dövlətə xəyanət və Rusiya ordusu haqqında saxta məlumatların yayılmasında təqsirli bilərək 25 illik sərt rejimdə həbsə məhkum edib. ABŞ, Kanada və Britaniya səfirləri məsələ ilə bağlı bəyanatla çıxış edərək bunu söz azadlığı və insan haqlarının pozulması kimi dəyərləndiriblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026