• Bakı 20° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.926

    RUB - 2.1283

Bu qazdoldurma məntəqələrinin istismarı dayandırıldı  - VİDEO

CƏMİYYƏT

22 May 2025 | 10:48

Bu qazdoldurma məntəqələrinin istismarı dayandırıldı  - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən Qəbələ rayonunun Nic qəsəbəsi və Zarağan kəndində fəaliyyət göstərən fərdi sahibkar Mehdiyev Sərdar Rəhbər oğluna məxsus maye qazdoldurma məntəqələrində plan üzrə yoxlama aparılıb.

Bub barədə Bakıvaxtı.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, yoxlama zamanı məntəqələrdə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.

Belə ki, maye qazdoldurma məntəqələrində istismar olunan ümumilikdə 4 ədəd maye qaz çəninin daxili baxışının və hidravlik sınağının keçirilmədiyi, qoruyucu klapanların, avtoçəndən maye qazın stasionar tutumlara boşaldılması və balonların doldurulması zamanı istifadə edilən rezin boruların, həmçinin digər avadanlıqların dövri yoxlamaları barədə aktın, eləcə də məntəqələrin bina və avadanlıqlarının torpaqlama müqaviməti haqqında protokolun olmadığı müəyyən edilib.

Aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqələrinin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.


SON XƏBƏRLƏR