• Bakı 13° C

    6.94 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Bu restoranlar qanunu ciddi şəkildə pozur - Fotolar 

İQTİSADİYYAT

21 May 2021 | 14:12

Bu restoranlar qanunu ciddi şəkildə pozur - Fotolar

 

Paytaxt Bakıda fəaliyyət göstərən restoranlar şəbəkəsində əlilliyi olan şəxslər üçün ayaqyoluların olmaması, yaxud da formal olaraq mövcudluğu  problem olaraq qalır. 

Bakivaxti.az xəbər verir ki, yazar Murad Məmmədov fiziki məhdudiyyətli şəxs kimi onu narahat edən ən böyük problemdən birinin ayaqyolu olduğunu bildirib.

O, qeyd edib ki, tualetdə əl-üz yuyanlar çox hündür və uzaqda olur, əli gah çatmır, gah da güclə çatdığı üçün üst-başı su olur: “Tualetin kabinetləri çox dardır. Əlil arabası istifadəçisi dostlarımız üçün dəmir tutacaqlar yoxdur.

Bütün bunları nəzərə alaraq dünən şəhərin bəzi kafe və restoranlarına gedərək orada fəaliyyət göstərən restoranlar şəbəkəsinin (“Starbucks”, “KFC”, “Özsüt”, “MADO”) xidmətlərindən istifadə etdikdən sonra müdriyyətlərinə xatırlatma məqsədilə tualetlərinə belə bir bildiriş yapışdırdım: “Bu tualet əlilliyi olan şəxslər üçün müyəssər ola bilərdi”. ⠀

M.Məmmədov ölkədə faəliyyət göstərən müxtəlif iaşə obeyktləri və otellərin sahiblərinə xatırlatma edib: “Restoran sahiblərindən əlilliyi olan şəxslər üçün nəinki müyəssər tualet, ümumilikdə restoranın bütün xidmətlərinin əlilliyi olan şəxslər üçün əl çatımlı olmasını tələb edən qanun var. Bu barədə “Əlilliyi olan şəxslərin hüquqları” haqqında qanunun,  3-cü fəslinin 14-cü maddəsi və Birləşmiş Millətlər Təşkilatının “Əlilliyi olan şəxslərin hüquqlarına dair” beynəlxalq konvensiyasının  9-cu maddəsində qeyd olunub.

 Ramid İbrahimov

Bakivaxti.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR