• Bakı C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 2.0045

    RUB - 2.1798

Bu sağlamlıq mərkəzinin təmirinə 1,15 milyon manat xərclənəcək

CƏMİYYƏT

24 Dekabr 2025 | 15:37

Bu sağlamlıq mərkəzinin təmirinə 1,15 milyon manat xərclənəcək

Gəncə şəhər Birləşmiş Xəstəxanası Ü.Hacıbəyli adına ailə sağlamlıq mərkəzində əsaslı təmir işlərinin aparılmasına 1,15 milyon manat vəsait ayırıb.

Bakıvaxtı.az xəbər verir ki, xəstəxana Rayonlararası İstehsalat Kombinatı ilə ümumi dəyəri 1 milyon 159 min 188 manat olan müqavilə imzalayıb.

Təmir işlərinin bir il ərzində bitəcəyi nəzərdə tutulub.

Qeyd edək ki, işlərin görülməsi üçün elan edilən açıq tenderin ehtimal olunan qiyməti 1 milyon 169 min 118,98 manat olub.

Rayonlararası İstehsalat Kombinatı 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 20 manat, qanuni təmsilçisi isə Soltan Baxışovdur.


SON XƏBƏRLƏR