• Bakı 30° C

    5.05 m/s

  • USD - 1.7

    EUR - 1.986

    RUB - 2.0505

Bu şəxslər güzəştli kredit alıb - 5 milyon...

İQTİSADİYYAT

25 Avqust 2026 | 10:09

Bu şəxslər güzəştli kredit alıb - 5 milyon...

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu 4,7 milyon manat güzəştli kredit verib.

Bakıvaxtı.az-ın məlumatına görə, bunun 54,1 %-i kənd təsərrüfatına, 18,2 %-i xidmətə, 27,7 %-i isə sənayeyə yönəldilib.

Verilmiş kreditlər hesabına 154 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Ayrılmış vəsait 127 layihənin maliyyələşdirilməsinə yönəldilib. Ötən ilin eyni dövrü ilə müqayisədə maliyyələşdirilmiş layihələrin sayı 31 % artıb.

Güzəştli kreditlərin 89,8 %-i, layihələrin isə 61,1 %-i regionlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin payına düşüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Avqust 2026