• Bakı C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.974

    RUB - 2.1677

Bu sezonun ən çox qol vuran komandası "Qarabağ" oldu

İDMAN

10 Mart 2026 | 14:52

Bu sezonun ən çox qol vuran komandası Qarabağ oldu

Misli Premyer Liqasında 2025/2026 mövsümünün ən böyükhesablı qələbəsi qeydə alınıb.

Bakıvaxtı.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, XXIII tura təsadüf edib.

"Qarabağ" "Araz-Naxçıvan"ın qapısından 6 cavabsız top keçirib. Cari mövsümdə ilk dəfə bir komanda 6 top fərqi ilə qalib gəlib. Ağdam klubu həm də mövsümdə bir oyunda 6 qol vuran ilk komanda olub.

Bunadək mövsümün rekordu 5:0-a bərabər idi. 2025-ci il avqustun 30-da "Zirə" evdə "Kəpəz"ə, sentyabrın 21-də "Qarabağ" səfərdə "Araz-Naxçıvan"a 5 cavabsız qol vurub.


SON XƏBƏRLƏR