• Bakı 26° C

    5.82 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.0386

Bu tarixlərdə zəif geomaqnit qasırğası gözlənilir

CƏMİYYƏT

17 Avqust 2026 | 15:31

Bu tarixlərdə zəif geomaqnit qasırğası gözlənilir

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan Bakıvaxtı.az-a bildirilib ki, Günəşin fəallığı zəifləsə də, qarşıdakı günlərdə kosmik hava şəraitində müəyyən dəyişikliklərin baş verəcəyi gözlənilir. Hesabat dövründə ən güclü Günəş alışması 4506 ləkə regionunda qeydə alınan C8.2 sinifli alışma olub. Günəşin səthində 6 ləkə qrupunda ümumilikdə 83 ləkə və tac dəlikləri qeydə alınıb. Hazırda Günəş küləyinin sürəti 300 km/san, sıxlığı isə 6,18 p/sm³ təşkil edir.

Proqnoza əsasən, avqustun 17–18-də G1 səviyyəli zəif geomaqnit qasırğası baş verə bilər. Sonrakı günlərdə isə əsasən sakit kosmik hava şəraitinin müşahidə olunacağı gözlənilir. Avroraların müşahidə olunması ehtimalı yüksək geomaqnit enliklərdə 20–20 faiz, orta enliklərdə isə 15–1 faiz qiymətləndirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR