"İsraillə birgə hədəfimiz ölkələr arasında hörmətə əsaslanan siyasi dialoqun yenidən canlandırılmasıdır".
Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan israilli həmkarı İsaak Herzoqla birgə mətbuat konfransında deyib.
Ərdoğan Herzoqun Türkiyəyə səfərini tarixi ziyarət kimi qiymətləndirib: "Səfərin Türkiyə-İsrail əlaqələrində yeni bir dönüş nöqtəsi olacağına inanıram. Bölgəmizdə sülh, sabitlik və birgəyaşayış mədəniyyətinin hakim olmasına töhfə vermək bizim əlimizdədir".
















