• Bakı 29° C

    7.24 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.1935

Bu vərdiş dəri xərçəngi riskini artırır - Dermotoloqdan XƏBƏRDARLIQ

CƏMİYYƏT

17 Iyul 2026 | 10:11

Bu vərdiş dəri xərçəngi riskini artırır - Dermotoloqdan XƏBƏRDARLIQ

Yay mövsümünün gəlişi ilə dəniz və hovuzlara üz tutanların sayı əhəmiyyətli dərəcədə artır. İsti havalarda insanlar həm sərinləmək, həm də günəşdən faydalanmaq üçün saatlarla açıq havada vaxt keçirirlər.

Bir çoxu daha tez qaralmaq məqsədilə uzun müddət birbaşa günəş şüaları altında qalmağa üstünlük verir. Lakin nəzarətsiz şəkildə günəş altında qalmaq təkcə günəş yanığı ilə nəticələnmir, həm də dəri sağlamlığı üçün ciddi risklər yarada bilər.

Günəş şüalarının təsiri nəticəsində dəridə ləkələr, elastikliyin azalması, vaxtından əvvəl qocalma əlamətləri və digər problemlər meydana çıxa bilər. Xüsusilə günəşin daha intensiv olduğu saatlarda qoruyucu vasitələrdən istifadə etməmək bu riskləri daha da artırır.

Bəs günəş altında uzun müddət qalmağın dəri üçün hansı təhlükələri var və bu risklərdən necə qorunmaq olar?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında dermotoloq-kosmetoloq Kəmalə Nəzərova bildirib ki, günəşdən düzgün istifadə olunduqda və təhlükəsizlik qaydalarına əməl edildikdə dəniz istirahəti sağlamlıq üçün faydalı ola bilər.

Onun sözlərinə görə, lakin xüsusilə saat 11:00–16:00 aralığında günəş şüalarının daha kəskin olduğu vaxtlarda birbaşa günəş altında uzun müddət qalmaq məsləhət deyil.

Kəmalə Nəzərova: Günəşdən düzgün istifadə olunduqda dəniz istirahəti sağlamlıq üçün faydalı ola bilər

“Günəş qoruyucudan istifadə etmək, onu hər 2 saatdan bir yeniləmək, çimdikdən sonra yenidən çəkmək və gün ərzində kifayət qədər su içmək vacibdir”.

Həkim qeyd edib ki, əks halda günəş yanıqları, dəri ləkələri, vaxtından əvvəl qocalma, istilik vurması, orqanizmin susuzlaşması və uzunmüddətli dövrdə dəri xərçəngi riski arta bilər.

Aynur Babazadə


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Iyul 2026