• Bakı C

    1.43 m/s

  • USD - 1.7

    EUR - 2.0051

    RUB - 2.2274

Bu xəstəlikləri olanlara oruc tövsiyə edilmir

CƏMİYYƏT

25 Fevral 2026 | 15:28

Bu xəstəlikləri olanlara oruc tövsiyə edilmir

Bəzi xroniki xəstəliklər zamanı oruc tutmaq sağlamlıq üçün risk yarada bilər.

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.

Onun sözlərinə görə, uzunmüddətli mədə-bağırsaq iltihabi xəstəliklərindən əziyyət çəkən şəxslər üçün oruc əks göstəriş hesab olunur.

“Xoralı kolit, Kron xəstəliyi, xroniki pankreatit, mədə xorası olan şəxslər, eləcə də ciddi nəzarət olunmayan diabet pasiyentləri üçün oruc risklidir”, - deyə mütəxəssis bildirib.

Emin Məmmədov əlavə edib ki, səbəbi bilinməyən uzunmüddətli arterial təzyiq yüksəlməsi olan şəxslər və insult keçirmiş xəstələr də risk qrupuna daxildir.

Mütəxəssis vurğulayıb ki, bu yanaşma daha çox praktik müşahidələrə əsaslanır.

“Bu fikirlər praktikadan doğur. Əlimizdə bütün halları əhatə edən rəsmi rəhbər tövsiyələr yoxdur. Buna görə də qərar fərdi şəkildə, həkimlə məsləhətləşərək verilməlidir”, - deyə Emin Məmmədov qeyd edib.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR